ABŞ və Türkiyə strateji müttəfiqliyi inkişaf etdirməkdə qərarlıdır

post-img

Türkiyə Xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə martın 7-8-də ABŞ-da keçirilən Strateji Mexanizm toplantısının yekunlarına dair birgə bəyanat dərc olunub. Bununla bağlı Türkiyə və ABŞ hökumətləri birgə bəyanat yayıb. Məlumatı “Anadolu” verib. 

Açıqlamada bildirilir ki, Hakan Fidan və Antoni Blinkenin sədrliyi ilə 7-8 martda Vaşinqtonda keçirilmiş Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci iclası keçirilib: “Strateji Mexanizm çərçivəsində ... əməkdaşlıq əsasında strateji danışıqlar aparıldı”.

“Nazir Fidan və katib Blinken ortaq məqsədləri irəliyə aparan və ortaya çıxan qlobal çağırışları həll edən nəticəyönümlü, gələcəyə hesablanmış ikitərəfli müsbət gündəliyə sadiqliklərini bir daha təsdiq etdilər. İki nazir Türkiyə və ABŞ arasında regional prioritetlər, terrorla mübarizə, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi artım, ticarət, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi, eləcə də xalqlar arasında əlaqələr də daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsini müzakirə ediblər”.

“Birləşmiş Ştatlar Türkiyənin Qara dənizdəki səylərini, o cümlədən bu yaxınlarda elan edilmiş mina əməliyyatı qrupunu və taxıl tədarükü və digər beynəlxalq ticarət üçün həyati əhəmiyyət kəsb edən təhlükəsiz marşrutların təşviqini alqışlayır”, - bəyanatda deyilir.

P.ƏMİRCANOV

XQ

Dünya