Türkiyə hazırda F-35 deyil, F-16 qırıcılarını almaqda israrlıdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Məlumatı “Anadolu” verib.
“Biz F-35-ə deyil, F-16-ya diqqət yetirmişik. Biz ABŞ senatorları ilə F-16 ilə bağlı atacağımız addımları müzakirə etdik”, – Türkiyə lideri Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı qarşısında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə rəsmiləri, o cümlədən xarici işlər naziri Hakan Fidan bu döyüş təyyarələrinin alınması ilə bağlı Amerika tərəfi ilə danışıqları davam etdirir.
P.ƏMİRCANOV
XQ