Seul Rusiyaya ixraca nəzarəti gücləndirəcək

post-img

Cənubi Koreya 24 fevral şənbə günündən etibarən Rusiya və Belarusa qarşı ixrac nəzarətini gücləndirməyə başlayacaq.

“Yonhap” agentliyinin məlumatına görə, Ticarət, Sənaye və Energetika Nazirliyi bu ölkələrə daşınması qadağan edilən mallar siyahısına 682 ad əlavə edib. Söhbət “faktiki və ya potensial hərbi istifadəyə malik” mallardan gedir.

Agentliyin məlumatına görə, siyahıya ağır tikinti texnikası, akkumulyatorlar, təyyarə komponentləri və mexanizmlər daxildir. Həmçinin, 2 min kubmetr mühərriki olan işlənmiş avtomobillər də məhdudiyyətlərə məruz qalıb. Ümumilikdə artıq siyahıda 1159 məhsul adı var.

Xəbər verilir ki, qeyd olunan malların ixracı qadağan edilsə də, Cənubi Koreya hökuməti “istisna hallar”a ayrıca baxacaq. Bu cür istisnalara dair heç bir nümunə verilmir.

“Bu, beynəlxalq ictimaiyyətlə razılaşdırılmış siyasətdir. Hökumət qeyri-qanuni ticarətə qarşı mübarizəni gücləndirəcək”, - Cənubi Koreya nazirliyinin nümayəndəsi qarşıdan gələn məhdudiyyətləri şərh edib.

S.ELAY

XQ

Dünya