Ermənistan NATO yanında missiyada müdafiə attaşesi vəzifəsini təsis edib

post-img

Ermənistan NATO-dakı missiyasında, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında və ATƏT-dəki nümayəndəliyində müdafiə attaşesi vəzifələrini təsis edib. Məlumatı “İnterfaks.ru” verib. 

Qərarı təqdim edən Ermənistanın müdafiə naziri Suren Papikyan bəyan edib ki, müdafiə attaşelərinin mövqeləri iqamətgahı Brüsseldə olan NATO yanında Ermənistan missiyası, iqamətgahı Monsda olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığı və iqamətgahı Vyanada olan ATƏT-dəki Ermənistan missiyasında fəaliyyət göstərəcək.

Bununla yanaşı, Ermənistanın NATO missiyasındakı hərbi nümayəndəsi vəzifəsi ixtisar edilib.

P.ƏMİRCANOV
XQ

Dünya