Kral III Çarlzın bədxassəli xəstəliyi

post-img

Xərçəng diaqnozu qoyulan Böyük Britaniya Kralı III Çarlz səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edib. Bu barədə TASS agentliyi məlumat yayıb.

O vurğulayıb ki, xər­çənglə üzləşənlərin ha­mısı yaxşı sözlərin təsəlli və ruhlandırıcı olduğunu bilir. III Çarlz əlavə edib ki, onun diaqnozunun hekayəsi ictimaiyyətin anlayışını yaxşılaşdır­mağa kömək etdi. Böyük Britaniyada və dünyada xərçəng xəstələrini və onların ailələrini dəstək­ləyən bütün təşkilatların işinə işıq saldı.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kral III Çarlzın xərçəng xəstəliyinə tutulduğu­nu öyrəndikdən sonra şoka düşdüyünü bildirmişdi. O, xəstəliyin ilkin mərhələdə aşkarlandığı üçün monarxın tez sağalacağına ümid etdiyini söyləmişdi.

XQ

Dünya