Rusiya Aİ-ni güclü saymırmı?

post-img

Macarıstanın Baş naziri Viktor Orban deyib ki, “Avropa İttifaqı (Aİ) kifayət qədər güclü deyil ki, Rusiya onu ciddi qəbul etsin”. Məlumatı “Euro­news” agentliyi yayıb.

V.Orbanın sözlərinə görə, bu, təkcə güvən məsələsi deyil: “Bizim problemimiz güc çatışmazlığıdır. Biz avro­palılar o qədər güclü deyilik ki, rusiyalılar bizi ciddi qəbul etsinlər. Bu, hakimiyyət ətrafında bir oyundur”. 

Macarıstanın Baş naziri hesab edir ki, Aİ daha inamlı mövqe tutmalı, güc nümayiş etdirməli və hər iki tərəfin maraqlarını başa düşməyə qadir olduğunu sübut etmə­lidir: “Yalnız bundan sonra hansısa razılaşma axtarışı mərhələsinə keçmək mümkün olacaq”.

Son xəbərlər