İtaliya Aİ-nin Qırmızı dənizdəki missiyasına rəhbərlik edəcək

post-img

Qırmızı dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi üzrə Aİ missiyasının taktiki komandanlığı İtaliyaya təhvil verilib. Bu barədə “Ansa” məlumat yayıb.

"Avropa İttifaqı İtaliyadan Qırmızı dənizdəki "Aspides" əməliyyatının admirallıq komandanlığını öz üzərinə götürməsini xahiş etdi". Bunu  İtaliyanın müdafiə naziri Quido Krozetto deyib. 

Nazir "Aspides"in missiyasını “vacib və təcili” adlandırıb. Q.Krozettonun sözlərinə görə, Avropa İttifaqının tələbi “İtaliya Hərbi Dəniz Qüvvələrinin peşəkarlığının tanınmasıdır”.

Fevralın 1-də İtaliyanın Qırmızı dənizdə husilərə qarşı döyüşmək üçün hərbi gəmi və təyyarə göndərəcəyi xəbəri yayılmışdı. Müdafiə naziri cənab Krozetto vurğulayıb ki, husilərin Qırmızı dənizdəki hücumları Avropa iqtisadiyyatına zərbə vurur. Belə ki, onlar zonada gəmilərin 38% azalmasına, habelə daşıma müddətlərinin 10-12 gün artmasına və təhlükə riskinə səbəb olur. 

Yanvarın 22-də Aİ ticarət gəmilərini husilər tərəfindən atəşə tutulmaqdan qorumaq üçün Qırmızı dənizdə missiya keçirməyə razılıq verib.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok Qırmızı dənizdə missiyanın başlanmasını sürətləndirməyə çağırıb.

S.ELAY

XQ

Dünya