Ərdoğan və Putin fevralda görüşə bilərlər

post-img

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşündə Ukrayna nizamlanması, Ankaranın taxıl sazişinin təzələnməsi təşəbbüsləri və regional məsələlər müzakirə mövzusu ola bilər. Bu barədə RİA Novosti-yə Türkiyədəki diplomatik mənbələrdən məlumat verilib.

Putin bundan əvvəl türkiyəli həmkarı ilə ilin əvvəlində görüşməyi planlaşdırdığını açıqlasa da, Türkiyə prezidentinin qrafikinə görə liderlər görüşə bilməyiblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml görüşün tarixini dəqiqləşdirir. Ankaradakı diplomatik mənbə bir qədər əvvəl RİA Novosti-yə bildirib ki, Putinin Türkiyəyə səfərinin təxminən fevral ayında baş tutacağına ümid edilir.

“Əlbəttə, bu, Ukrayna mövzusu olacaq. Prezident Ərdoğanın bu istiqamətdə vasitəçilik səylərindən xəbəriniz var, İstanbul sülh prosesini bərpa etmək üçün tərəflərə dəfələrlə çağırışlar edilib. Həmçinin, dayandırılmış Qara dəniz taxıl təşəbbüsü var, cənab prezident artıq bəyan edib ki, onun bərpası təşəbbüslərini Vladimir Putinlə müzakirə etmək niyyətindədir. Təbii ki, regional gündəm və ikitərəfli məsələlər də var. Ümumiyyətlə, liderlərin kifayət qədər geniş gündəliyi var”, - deyə mənbə bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya