Blinken Ərdoğanın İsveçlə bağlı fərmanını alqışlayıb

post-img

ABŞ-nin Dövlət katibi Antoni Blinken bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu təsdiq etməsini alqışlayır. Məlumatı “Anadolu” verib. 

X sosial şəbəkəsində dərc olunan bəyanatda dövlət katibi deyib: “Türkiyə prezidenti Ərdoğanın İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiq etməsini alqışlayırıq”.

Birləşmiş Ştatların İsveçin NATO-ya üzvlük sənədlərinin Vaşinqtona çatmasını və İsveçin NATO-nun 32-ci üzvü olmasını səbirsizliklə gözlədiyini qeyd edən Blinken əlavə edib: "İsveç və Alyans (NATO) birlikdə daha güclüdür".

Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar Müdirliyinin cümə axşamı sosial mediada yaydığı bəyanatda deyilir: “Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokol haqqında fərman imzalayıb və müvafiq protokolu təsdiqləyib”.

Daha sonra müvafiq fərman “Resmi Gazete”nin təkrar sayında dərc olunub.

 

P.ƏMİRCANOV

XQ

Dünya