Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyanın şimal-şərqindəki Qamışlı bölgəsində həyata keçirdiyi məqsədyönlü əməliyyat zamanı PKK/YPG terror təşkilatının liderlərindən olan Liman Suvieşi zərərsizləşdirib. Məlumatı “Anadolu” verib.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, “Rihan Amude” çağırış işarəsi olan terrorçu YPG terror təşkilatının qadın strukturuna rəhbərlik edib və cinayətkar təşkilatın qondarma şurasının üzvü olub.
Suvieşin Suriyada YPG adından təşkilati fəaliyyətlə məşğul olduğu və Qəndildən təlimatları Türkiyə sərhədindəki Qamışlı bölgəsindəki qadın strukturunun üzvlərinə ötürdüyü məlum olub.
Həmçinin, terrorçunun Türkiyəyə qarşı terror təşkilatının məqsədlərinə uyğun olaraq əməliyyat fəaliyyəti təşkil etdiyi müəyyən edilib.
P.ƏMİRCANOV
XQ