ABŞ-ın bir sıra mərkəzi, şimal-şərq və qərb bölgələrində həddindən artıq aşağı temperatur hökm sürür. Bu barədə Amerika mediası bildirir. Məlumatı “İnterfaks.ru” verib.
Portlend və Çikaqo kimi böyük şəhərlərdə çərşənbə axşamı məktəblərdə dərslər ləğv edilib. Mənfi 30 dərəcəyə qədər olan şaxtalar və güclü külək nəqliyyat sisteminin işinə mane olub. Bir gün əvvəl 3 mindən çox reys təxirə salınıb ki, bunların da əhəmiyyətli hissəsi Texasdakı Corc Buş Hyuston və Tennessi ştatının Naşvil hava limanlarındadır.
Bundan əlavə, elektrik enerjisində fasilələr yaranıb. Yerli vaxtla bazar ertəsi axşam saatlarına olan məlumata görə, təxminən 110 min ev və müəssisə elektriksiz qalıb.
ABŞ-ın meteoroloji xidmətləri təqribən 125 milyon insana təsir edən təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Sinoptiklər çərşənbə axşamı günü şaxtalı yağış gözləyir və ağacların, elektrik xətlərinin aşması riski səbəbindən sürücüləri avtomobillə səyahətdən çəkinməyə çağırır. ABŞ-ın bir çox yerlərində soyuq havaların həftənin sonuna kimi səngiyəcəyi proqnozlaşdırılır.
P.ƏMİRCANOV
XQ