Rusiya Ermənistana silah göndərib

post-img

Rusiya hərbi təyinatlı məhsullarından ibarət yüklər Ermənistana çatdırılıb.

Ermənistan mətbuatı yazır ki, bu barədə “Mülki müqavilə” partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan bu gün jurnalistlərlə söhbətində bildirib.

Deputat deyib ki, bu yüklər Rusiya ilə Ermənistan arasında əvvəllər imzalanmış müqaviləyə uyğun təhvil verilib.

Ermənistana hansı silahların verildiyi açıqlanmayıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya