Türkiyədə terrorizmdə şübhəli bilinən 165 nəfər saxlanılıb

post-img

Türkiyədə növbəti “Qəhrəmanlar” əməliyyatı həyata keçirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Ölkə daxilində separatçı terror təşkilatının üzvlərinin saxlanılması üçün başladılan əməliyyat Ankara və İstanbul da daxil olmaqla ölkənin 28 vilayətində eyni zamanda keçirilib.

Əməliyyat zamanı terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 165 nəfər saxlanılıb. Bu şəxslərin separatçı terror təşkilatının tərkibində fəaliyyət göstərdiyi, təşkilata yardım etdiyi və dəstək verdiyi, sosial media vasitəsilə terrorçuluğun təbliğatını apardığı müəyyən edilib.

 

Dünya