Qaynar planetdə duzlu küləklər

post-img

Kosmosda fiziki xüsusiyyətləri bir-birindən seçilən maraqlı planetlər var. Hətta rejissorlar bu sahədəki qeyri-adi bilgi və məlumatlardan tez-tez öz elmi-fantastik filmlərində istifadə edirlər. 

Məsələn, HD189733b ekzoplanetinin səthinə aram­sız olaraq şüşə yağır. Üstəlik burada duz parçalarından ibarət küləklər əsir. Onun sürəti, saatda təxminən, 9 ki­lometrdir. 

Planetin atmosferi dəmir, silikon və alüminium– oksiddən ibarət xırda tozlarla örtülüdür. Bu amil onun atmosferinə mavi çalar verir. 

Nüfuzlu “Hubble” rəsədxanasının son məlumatla­rına görə, planetin səthində temperatur Selsi ilə 1000 dərəcədən çoxdur. Bu, elm adamlarına bugünədək mə­lum olan ən isti kosmik obyektdir. Yeri gəlmişkən, pla­netdə məhz qızmar temperatur səthdən yuxarı qalxan toz hissəciklərini şüşəyə çevirir.

Sonda bildirək ki, sözügedən bu parlaq kosmik ob­yekt Günəşdən 63 işıq ili uzaqlıqdakı Vulpekula bür­cündə yerləşir.

P.ƏFƏNDİ
XQ

Dünya