Prezident Ərdoğan Zelenski ilə söhbətində həll üçün vasitəçilik təklif edib

post-img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

TASS xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

“Regional və qlobal problemlər, xüsusən də Ukrayna və Rusiya arasındakı müharibə müzakirə edilib. Prezident Ərdoğan bildirib ki, Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanların dayandırılması və daimi sülhün təmin olunması üçün intensiv səylər göstərir. Ərdoğan bildirib ki, Türkiyə vasitəçi rolunu öz üzərinə götürməyə və Ukraynada sülhün təmin olunması üçün danışıqlar aparmağa hazırdır”, - məlumatda deyilir.

Cənab Ərdoğan, həmçinin qeyd edib ki, “taxıl dəhlizinin yenidən qurulması və yenidən fəaliyyətə başlaması vacibdir”. Onun sözlərinə görə, o, “bu məqsədlə diplomatik əlaqələri davam etdirir”. Türkiyə lideri əlavə edib ki, “Ukraynada ən qısa zamanda atəşkəs rejimi yaradılmalıdır”.

XQ

Dünya