İran Kirmanda törədilən terror aktında iştirak edənlərin həbs olunduğunu açıqlayıb

post-img

İranın daxili işlər naziri (Daxili İşlər Nazirliyi) Əhməd Vahidi Kirman əyalətində qəbiristanlıqda törədilən terror aktında əli olan bir neçə nəfərin saxlanıldığını açıqlayıb. Bu barədə İRNA məlumat yayıb.

Onun sözlərinə görə, hadisədə iştirak edən çox sayda şəxs saxlanılıb. Vahidi əlavə məlumatın daha sonra təhlükəsizlik xidmətləri tərəfindən açıqlanacağını bildirib.

Bundan əvvəl “The New York Times” yazıb ki, İranın ali dini lideri Əli Xamneyi İranın Kirman şəhərində törədilmiş terror aktı fonunda komandirləri ABŞ-la birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb və cavab tədbirlərinin yalnız ona qarşı əməliyyatlarla məhdudlaşdırılmasını əmr edib. 

Bir gün əvvəl İranın Kirman şəhərində törədilən partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürdüyü xəbəri yayılmışdı.

XQ

Dünya