Britaniyalı həkimlər koronavirusun yeni simptomlarını aşkar ediblər

post-img

Böyük Britaniyada alimlər koronavirus infeksiyasının JN variantının iki yeni simptomunu aşkar ediblər. Bu barədə Daily Mirror məlumat yayıb.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, Birləşmiş Ştatlar, İslandiya, Fransa, Portuqaliya və İspaniyada, İngiltərədə olduğu kimi, JN.1 variantına yoluxma hallarında artım müşahidə olunub.

Milli Statistika İdarəsi, əvvəllər yoluxmuş şəxslərdən məlum olan simptomlara bu tip xəstəliyin daha iki atipik əlamətinin əlavə edildiyini bildirib. Belə ki, idarədən verilən məlumata görə, xəstələrdə burun axması, halsızlıq, öskürək və baş ağrıları ilə yanaşı, yuxusuzluq və narahatlıq da müşahidə olunur.

XQ

Dünya