Kanadada könüllü evtanaziya hallarının sayı artıb

post-img

Kanadada 2022-ci ildə könüllü evtanaziya hallarının sayı 2021-ci illə müqayisədə 31,2 faiz artıb. Bu barədə "CBC" kanalı ölkənin Səhiyyə Nazirliyinin statistikasına istinadən məlumat yayıb.

Keçən il həkimlərin köməyi ilə 13,2 mindən çox kanadalı könüllü olaraq həyatına son verib. 2022-ci ilin sonunda Şimali Amerika ölkəsində qeydə alınan bütün ölümlərin 4,1 faizini evtanaziya təşkil edib. 2023-cü il üçün məlumatlar hələ dərc edilməyib.

2016-cı ilin iyun ayından qüvvədə olan evtanaziya qanunu yalnız Kanada vətəndaşlarına şamil edilir. Qanuna görə, yalnız sağalmaz xəstəliklərdən əziyyət çəkən və ya ölümlə nəticələnəcək xəsarətlər alan 18 yaşdan yuxarı psixi cəhətdən sağlam insanlar həkimlərin köməyi ilə könüllü ölə bilər. 

2016-cı ildən bu yana 45 minə yaxın insan qanundan yararlanıb.

XQ

Dünya