İran səfiri BMT-nin resident əlaqələndiricisi ilə Cənubi Qafqazda sülh perspektivini müzakirə edib

post-img

İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ilə Cənubi Qafqazda daimi sülh perspektivini, Xəzər dənizi hövzəsindəki ekoloji problemləri və iqlim dəyişikliklərini müzakirə edib.

Bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, görüşdə İsrailin Qəzza zolağında fəaliyyəti ilə bağlı da müzakirə aparılıb.

Rizvan FİKRƏTOĞLU

XQ

 

Dünya