Mərakeş qəzetində Heydər Əliyevin anım gününə həsr olunmuş məqalə dərc olunub

post-img

Mərakeşin fransız dilində nəşr olunan nüfuzlu “Əl-Bayan” qəzetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc olunub.

“Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu və onun Mərakeş ilə əməkdaşlığı” məqaləsində vurğulanır ki, ulu öndər Azərbaycan xalqını dövrün tarixi-siyasi sınaqlarından uğurla çıxaran, müstəqilliyə qovuşduran güclü şəxsiyyətdir. Məqalədə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün Azərbaycan tarixində parlaq səhifə olduğu vurğulanır, dahi şəxsiyyətin müstəqil dövlət quruculuğunda misilsiz xidmətləri qeyd olunur.

Materialda Azərbaycan ilə Mərakeş arasında əlaqələrin qurulmasında Ulu öndərin rolundan da bəhs edilir. Bu kontekstdə Heydər Əliyevin 1994-cü ilin dekabrında İKT sammitində iştirak etmək üçün Kasablankaya səfəri və onun Mərakeş Kralı II Həsənlə görüşünün tarixi əhəmiyyəti vurğulanır. 

Məqalədə o da qeyd olunur ki, iki ölkə liderlərinin strategiyası Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla inkişaf etdirilir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat