Bayden Zelenskini Ağ Evdə görüşə dəvət edib

post-img

ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib. Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib. Xəbəri XQ “İnterfaks.ru”ya istinadən verir. 

Mətbuat katibinin Ağ Evin saytında yayılmış məlumatına görə, görüş “ABŞ-ın Ukrayna xalqını dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulamaq” üçün nəzərdə tutulub.

Bundan əlavə, Ukrayna Prezidenti çərşənbə axşamı ABŞ Senatında demokrat çoxluğun və Respublikaçı azlığın liderləri Çak Şumer və Mitç Makkonelin dəvəti ilə çıxış edəcək.

Zelenski ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonla da görüşəcək.

P.ƏMİRCANOV
XQ

Dünya