Putin 2024-cü ildə prezidentliyə namizədliyini verəcək

post-img

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Qəhrəmanları” mükafatlandırma mərasiminin iştirakçıları ilə söhbəti zamanı 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb. Məlumatı “İnterfaks.ru” verib. 

Putin bunu rəsmi mərasimin sonunda mükafatçılar və qonaqlarla söhbətində deyib.

Federasiya Şurası ötən cümə axşamı keçirilən iclasında Rusiya Federasiyasının Prezidenti seçkilərinin təyin edilməsi haqqında qərar qəbul edib .

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, Rusiyada prezident seçkiləri üç gün ərzində - 2024-cü il martın 15-dən 17-dək keçiriləcək .

P.ƏMİRCANOV

XQ

Dünya