Kreml G-7-nin onlayn sammitini diqqətlə izləyəcək

post-img

Kreml G-7-nin onlayn sammitini diqqətlə izləyəcək. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 

Brifinqdə ondan prezident administrasiyasının sammitdən sonra hansısa bəyanatlarının gözlənilməsi barədə soruşulub. "Biz diqqətlə izləyəcəyik, şübhəsiz ki, onlar üçün əsas mövzu Fələstin-İsrail münaqişəsi olacaq, görəcəyik. Hər halda, bu, mühüm hadisədir, biz, əlbəttə ki, diqqətlə izləyəcəyik", - Peskov cavab verib. 

Ona Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvət olunduğu sammitin mümkün mövzuları ilə bağlı sual verilib. "O cümlədən Ukrayna. Siz görürsünüz ki, vəziyyət indi maliyyə resurslarının davamlı şəkildə ayrılması ilə bağlı nə qədər ağırdır. Ukraynalılar açıq şəkildə çətin vəziyyətdədirlər, ona görə də indi onlar üçün asan deyil", - Peskov bildirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya