Rusiya və NATO arasında toqquşma riskləri artır

post-img

F-16 qırıcılarının Kiyevə çatdırılması Rusiya ilə NATO ölkələri arasında birbaşa hərbi toqquşma riskini artırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Ukraynanın aerodrom infrastrukturunun əhəmiyyətli hissəsinin məhv edildiyini nəzərə alsaq, bu qırıcıların ölkədən kənarda - Polşa, Slovakiya və Rumıniyada yerləşməsi mümkündür", - Zaxarova çərşənbə günü brifinqdə deyib.

O qeyd edib ki, “Şimali Atlantika Alyansı Ukrayna münaqişəsinə getdikcə daha dərindən daxil olur: "Əslində, anladığımız kimi, Ukraynanı xilas etmək şüarı altında ölkəmizə qarşı hibrid müharibə aparırlar. Eyni zamanda, onlar da razılaşıblar ki, əsas məqsədləri Rusiya ilə qarşıdurmanın qarşısını almaqdır. Gülüncdür".

Rusiya Xarici İşlər Nazirliyi sözçüsünün sözlərinə görə, “reallıqda Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma riskləri yalnız artır. Rusiya Silahlı Qüvvələri üçün Ukrayna Silahlı Qüvvələrinin tərəfində münaqişədə iştirak edən döyüşçülər, haradan gəlmələrindən asılı olmayaraq, qanuni hədəf olacaqlar”.

 

P.ƏMİRCANOV

XQ

Dünya