Türkiyə Prezidentinin Qətərə səfəri

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamed Al Taninin dəvəti ilə dekabrın 4-5-də Qətərə rəsmi səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin məlumatında deyilir. Xəbəri “Anadolu” verib.

Türkiyənin dövlət başçısı bu gün Dohada iki ölkə liderlərinin sədrliyi ilə keçiriləcək Türkiyə-Qətər Strateji Əməkdaşlıq üzrə Ali Komitəsinin 9-cu iclasında iştirak edəcək. Görüşdə Türkiyə-Qətər münasibətlərinin bütün spektrini nəzərdən keçiriləcək və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Eyni zamanda, regional və qlobal problemlər, ilk növbədə, İsrailin Qəzza zolağına və Fələstin ərazilərinə təcavüzü ilə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.

Bundan əlavə, iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi gözlənilən bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.

Səfər çərçivəsində Türkiyə Prezidenti Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının iclasında da iştirak edəcək.

P.ƏMİRCANOV

XQ

Dünya