Polşa Almaniyanı AI Məhkəməsinə verir

post-img

Polşa hökuməti çərşənbə günü Berlini Polşa ərazisinə qeyri-qanuni tullantı idxal etməkdə ittiham edərək Almaniyaya qarşı Avropa Ədalət Məhkəməsinə şikayət etdiyini açıqlayıb.

“European Pravda”nın yazdığına görə, bu barədə Polşanın Ətraf Mühit və İqlim Siyasəti Nazirliyi məlumat yayıb. 

Varşava iddia edir ki, Almaniya bir neçə ildir Almaniyadan Polşaya qeyri-qanuni daxil olan 35 min ton tullantıların utilizasiyası üzrə öhdəliklərini yerinə yetirməkdən yayınır.

“Sentyabrda Brüsseldə tərəflərin dinləmələri keçirildi, bu dinləmələr zamanı mübahisənin hər iki tərəfi öz mövqelərini təqdim etmək və Avropa Komissiyasının suallarına cavab olaraq izahat vermək imkanı əldə etdilər. Oktyabr ayında Avropa Komissiyası Polşanın Almaniya ilə mübahisəsində haqlı olduğunu etiraf etdi”, - nazirlik bildirib.

Polşada bildirirlər ki, Almaniya ətraf mühit üçün daimi təhlükə yaradan tullantıların toplanması məsələsində “heç bir fəallıq göstərməyib”: “Bunu nəzərə alaraq, Polşa Aİ-nin Ədalət Məhkəməsinə şikayət vermək qərarına gəlib”

On minlərlə ton alman tullantıları Polşanın yeddi yerində yerləşir, onların yarıdan çoxu Lubusz Voivodalığının Tuplice şəhərində yerləşir. Ümumilikdə Almaniya tullantıları digər ölkələrdən emal üçün Polşaya gətirilən bütün tullantıların təxminən 60%-ni təşkil edir.

XQ

Dünya