Napoleonun şlyapası – 2 milyon avro!

post-img

İmperator I Napoleon Bonapartın ikikünclü şlyapası (bikorn) Fransanın Fontenblo şəhərində keçirilən hərracda rekord qiymətə – təxminən, 2 milyon avroya satılıb. Bu barədə “Osenat” hərrac evi məlumat yayıb.

Bu məbləğ Napoleonun hər­raca çıxarılan əşyaları üçün re­kord olub. Hərrac başlamazdan əvvəl papaq 600–800 min avro (təxminən 1,1-1,2 milyon manat - red.) dəyərində qiymətləndirilib. 

Bu günə qədər Napoleonun ən bahalı əşyası 2014-cü ildə hərrac­da Cənubi koreyalı bir iş adamının 1,8 milyon avroya aldığı digər şl­yapası hesab olunurdu. Son dəfə hərraca çıxarılan şlyapa təxminən 1810-cu ilə aiddir və deyilənə görə, imperator onu Elba adasından qaçarkən “Inconstant” gəmisinin göyərtəsində başına qoyub.

Satılan şlyapa XIX əsrə qədər imperator sarayının mühafizəsinin rəhbəri polkovnik Pyer Bayonun ailəsində saxlanılıb. Polkovnikin nəvəsi isə onu antikvar alış-verişi ilə məşğul olan şəxsə satıb.

FİDAN
XQ

Dünya