Türkiyə Prezidenti Əlcəzairə səfər edəcək

post-img

Noyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfər edəcək. Səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində ikitərəfli və regional məsələlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunacağı gözlənilir.

Əlcəzair ilə Türkiyə arasındakı əlaqələr son illər bütün sahələr üzrə əhəmiyyətli dərəcədə irəliləyib. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün 2006-cı ildə “Dostluq və Əməkdaşlıq Sazişi” imzalanıb.

Türkiyədən Əlcəzairə dövlət başçısı səviyyəsində sonuncu səfər 2020-ci ilin yanvarında Prezident Ərdoğan tərəfindən edilib.

Dünya