"Apple"ın gəlirləri azalıb

post-img

ABŞ-ın texnologiya nəhənglərindən olan Apple-ın iyul-sentyabr ayları üçün hesabatını açıqlayıb. 

XQ xarici mediaya istinadən xəbər verir ki, "Apple"ın iyul-sentyabr dövründə əldə etdiyi gəlir illik bazarda təxminən yüzdə 1 azalaraq 89,5 milyard dollara düşüb. Ötən ilin eyni dövründə isə bu, 90,2 mlrd. dollar gəlir təşkil edirdi.

Şirkətin gəlirləri ardıcıl 4-cü rübdür ki, azalır. Bu dövrdə azalmaya baxmayaraq, bazar gəlirləri 89,3 milyard dollar olacağı gözlənilirdi. "Apple"in xalis mənfəəti əvvəlki ilin eyni dövrünə görə yüzdə 10,8 artaraq 22,96 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 20,72 milyard dollar olub.

Həmçinin Apple-ın smartfon satışları artarkən, planşet və kompüter satışları azalıb, iyul-sentyabr dövründə iPhone satışlarının məbləği keçən ilin eyni ayları ilə müqayisədə 2,8 faiz artaraq 43,8 milyard dollara çatıb.

Eyni dövrdə Mac satışları 33,8 faiz azalaraq 7,6 milyard dollara, iPad satışları isə 10,2 faiz azalaraq 6,4 milyard dollara düşüb.

Ayşən Azadova

Dünya