Barselonanın fəxri – “Casa Mila”

post-img

“Casa Mila” tikilisi 1906-1910-cu illərdə memar Antoni Gaudi tərəfindən Barselonada tikilmişdir. Qəribəsi odur ki, binanın inşasına başlanan zaman Barselona əhalisinin yeni tikiləcək bina haqqında fikirləri o qədər də ürəkaçan deyildi. Lakin illər keçdi və “Casa Mila” Barselonanın fəxrinə, qürur məkanına çevrildi.

Tikilinin dizaynı öz döv­rünə görə yeniliklərlə dolu idi. Bina daşıyıcı və dayaq divarları olmayan, sadəcə, daşıyıcı sütunları olan də­mir-beton konstruksiyası üzərində hazırlanıb. 

Gaudi ilə digər, la­yihələrdə də əməkdaşlıq etmiş Josep-Maria Jujolun unikal dəmir məhəccərli eyvanlar improvizasiya­sının nəticəsidir ki, sənət nümunəsinin özünəməxsus görünüşü var. 

Binanın altıncı mərtəbə­sindəki mənzil XX əsrin 20-ci illərinin üslubunda bəzədilib. Onun çardaq döşəməsi ilə dam eyvanı birlikdə ek­skursiyalar zamanı ziyarətçilərə nü­mayiş olunur. Qalan digər mərtəbələr ofislər tərəfindən tutulub.

1984-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən abidə 20-ci əsrin binaları siyahısında birinci olub. 

Leyla HADİ,
tələbə-jurnalist

Dünya