Futbol tarixində ən çox bilet 1950-ci ildə keçirilən dünya çempionatında satılıb. Belə ki, həmin il Braziliyada təşkil olunan sayca 4-cü mundialın açılış matçına 81 min 649 tamaşaçı bileti satılıb.
Finalda isə satılan biletlərin sayı 173 min 850-yə çatıb. Həmin gün ev sahibi Braziliya komandası Uruqvay futbolçularını qəbul edib. Çempionatın kubokunu isə başları üzərinə qonaqlar qaldırıblar. Belə ki, uruqvaylılar qapılarından bir top buraxsalar da, əvəzində iki top vurublar.
Bəzi mənbələrə görə, final görüşünü qonaqlar və jurnalistlər də daxil olmaqla, 180 minə yaxın tamaşaçı izləyib. O vaxtdan bəri dünya çempionatlarında bu qədər azarkeş (izləyici sayı) qeydə alınmayıb.
Elçin ABBASOV
XQ