Qaribaşvili: Türkiyə həm regional, həm də beynəlxalq arenada ən önəmli ölkələrdən biridir

post-img

Son 100 ildə Türkiyə həm regional, həm də qlobal miqyasda əsas siyasi və iqtisadi oyunçulardan birinə çevrilib. Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Türkiyənin Tbilisidəki səfirliyinin təşkil etdiyi ziyafətdə çıxışı zamanı deyib. Məlumatı “Anadolu” yayıb.

Qəbulda Türkiyənin Tbilisidəki səfiri Ali Kaan Orbay, gürcü nazirlər, millət vəkilləri, diplomatlar, Türkiyənin Gürcüstandakı qurumlarının nümayəndələri, din xadimləri, türk iş adamları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Gürcüstanın baş naziri Türkiyəni müasir ölkə adlandırıb: “Bu böyük ölkə və xalq yarandığı gündən müasir, sənayeləşmiş və inkişaf etmiş bir dövlətə çevrilmək yolunda bir çox problemlərlə üzləşmişdir”.

Qaribaşvili qeyd edib ki, Türkiyə həm regional, həm də beynəlxalq arenada ən önəmli ölkələrdən biridir.

P.ƏMİRCANOV

XQ

Dünya