Arqoland qitəsi necə batıb?

post-img

Hollandiyalı mütəxəssis­lər, təxminən, 155 milyon il əvvəl okean suları altında qa­lan Arqoland qitəsinin izlərini aşkar ediblər. 7 il ərzində ko­manda Yura dövrünün sonun­da Avstraliyadan qopan Arqo­landın qalıqlarının harada yerləşə biləcəyini araşdırıb. 

Onun mövcudluğunun sübu­tu Hind okeanında Arqo Abyssal düzənliyi kimi tanınan hövzəni əhatə edir. Batmış qitənin eni­nin, təxminən, beş min kilometrə çatdığı güman edilir.

Alimlər qitənin min illər boyu Cənub-Şərqi Asiyaya doğru sü­rükləndiyi qənaətinə gəliblər. Bundan sonra qitə (Trias dövrü­nün sonunda) arxipelaqlara bö­lünüb və nəhayət su altında yox olub. Hazırda onun qayalı fraq­mentləri Hind okeanının dibində yerləşir, həmçinin İndoneziya və Myanma bölgəsindəki kiçik ada­lara inteqrasiya olunub.

Məlumatlara əsasən, geo­loqlar Arqolandın mərhələli şə­kildə məhv edilməsinin xəritəsini yarada biliblər. Sonra bu xəritəni videoda simulyasiya ediblər.

XQ

Dünya