Topuqların “əqrəb zərbəsi”

post-img

Dünya futbol tarixində elə hadisələr var ki, onlar illər keçsə də, unudulmur. Kolumbiya millisinin qolkiperi, “El Loko” ləqəbi ilə tanınan, futbol tarixinin ən güclü qapıçılarından sayılan Xose Rene İquita Zapata 1995-ci ildə “Uembli”də İngiltərə ilə yoldaşlıq görüşündə özünü irəli ataraq əlləri ilə rahatlıqla tuta biləcəyi topu akrobatik bir hərəkətlə qapıdan uzaqlaşdırıb. 

Onun bu “seyvi” topuqlarla dəf edilən zərbə kimi yaddaşlara həkk olunub. Qapıçının seyv zamanı bədəninin aldığı formaya görə bu hərəkəti futbol dünyasında “əqrəb zərbəsi” adlandırırlar. 

Həmin hərəkəti 15 sonra, yəni 2010-cu ildə “Marakeş” komandası­nın qapıçısı Hamza Budlal təkrarlayıb.

Elçin ABBASOV
XQ

İdman