Bakıda hava yağmursuz, dağlıq ərazilərdə yağıntılı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən noyabrın 1-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gündüz yarımadanın bəzi yerlərində qısa­müddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 13-17°, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 , gündüz 55-65 faiz olacaq. Azərbay­canın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilər­də arabir yağış yağacağı gözlənilir. Qısamüddətli ley­san xarakterli olacağı, şim­şək çaxacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman ola­caq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında ara­bir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 21-26°, dağlarda gecə 5-9°, gündüz 11-16° isti olacaq. 

 

Q. QASIMOV
XQ

Ekologiya