BMT: "Qəzzada xəstəxanalar qorunmalıdır"

post-img

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzada xəstəxanaların bombalanmasını qınadığını və bu yerlərin qorunmasının vacibliyini deyib.

“Anadolu” xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun münaqişə zonasında xəstələrə zərər vermədən xəstəxanaların boşaldılmasının mümkün olmadığını açıqladığını və Baş katibin də buna dəstəyini ifadə etdiyini bildirib.

"Baş katib xəstəxanaları vurmağın əleyhinədir. Xəstəxanaları qorumaq lazımdır" deyən Dujarric xəstəxanaların münaqişə üçün istifadə edilə bilməyəcəyini və xəstəxanalardakı insanların qorunmasının vacib olduğunu söyləyib.

Dujarrik BMT-nin humanitar atəşkəs çağırışını və bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulayıb.

Anar ƏLİ,

XQ

Dünya