Əhliman Əmiraslanov: İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir

post-img

Qərbi Azərbaycan tariximizin unudulmaz bir parçasıdır. Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər – ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş edib. “Kitabi-Dədə Qorqud” dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə xaricdən bu ərazilərə köçürülmüşdür. Məhz bunun nəticəsidir ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90 faizdən çoxunu türk mənşəli sözlər təşkil edirdi. XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilədək Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlər, oronimlər və hidronimlər dəyişdirilərək erməniləşdirilib.

Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov söyləyib.

O qeyd edib ki, tarixdə saxtakarlıq sahəsində birinci olan ermənilər 200 ilə yaxındır Qərbi Azərbaycanda bizim tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olur. “1903-cü ilə aid olan coğrafi xəritə erməni iddialarını alt-üst edib. Xəritəyə baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir”, - deyə akademik vurğulayıb.

Siyasət