İsrail Müdafiə Nazirliyi: Livan әrazisindәn İsrailә çox sayda minaatan mәrmisi atıldı

post-img

İsrail ordusu Livan ərazisindən İsrailə doğru çox sayda minaatan mərmisi atıldığı barədə bəyanat yayıb.

Ordunun verdiyi bəyanatda Livandan atılan çox sayda minaatan mərmisi səbəbindən İsrailin şimalında sirenlərin səsləndiyi bildirilib.

Bəyanatda İsrail ordusunun Livan sərhədindəki məntəqələrinə minaatan mərmilərinin atıldığı, hərbçilərin xəsarət almadığı qeyd olunub.

Sözügedən hücumlara adekvat cavabın verildiyi bildirilib.

Hizbullah ilə İsrail ordusu arasında oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda indiyədək 48 Hizbullah üzvü və 3 İsrail əsgəri həlak olub.

Livanda baş verən qarşıdurmalarda biri jurnalist olmaqla 4, İsraildə isə bir mülki vətəndaş həyatını itirib.

Anar ƏLİ,

XQ

Dünya