İsrail universitetlərində dərslər dekabrın 3-dək təxirə salınıb

post-img

İsrail universitetlərində noyabrın 5-nə planlaşdırılan tədris ilinin başlanması dekabrın 3-dək təxirə salınıb.

“The Times of Israel” qəzeti xəbər verir ki, buna universitetlərin minlərlə əməkdaşının və tələbəsinin orduya səfərbər edilməsi səbəb olub.

İsrail Universitetləri Rektorları Komitəsinin bəyanatına əsasən, tədris prosesinin bərpası yalnız orduya çağırılan tələbə, müəllim və ali təhsil müəssisələrinin əməkdaşlarınin tərxis olunmasından sonra mümkündür. Bu isə dekabrın 3-dək baş verməyəcək. Eyni zamanda, dekabrın 3-ü ilkin tarixdir, çünki yeni semestrə hazırlaşmaq üçün vaxt lazımdır. Dərslərin başlanması iki həftə öncə elan ediləcək.

Qeyd edək ki, İsrail universitetlərində payız semestri oktyabrın 15-də başlamalı olsa da, sonradan noyabrın 5-dək təxirə salınmışdı.

 

Dünya