Moskva birjasında dolların məzənnəsi 93 rubldan aşağı düşdü

post-img

Moskva birjasında dolların məzənnəsi bu ilin sentyabr ayının 12-dən bu yana ilk dəfə olaraq 93 rubldan aşağı düşüb.

Bu barədə XQ TASS-a istinadən xəbər verir.

Məlumata görə, dolların məzənnəsi 0,47 faiz azalaraq 92,96 rubla enib.

Qeyd edək ki, bundan əvvəl "BitRiver"in maliyyə analitiki Vladislav Antonov rublun möhkəmlənməsinin əsas səbəblərini açıqlamışdı.

Məlumat üçün onu da bildirək ki, rubl Azərbaycan manatı qarşısında bahalaşıb. Azərbaycan Mərkəzi Bankının oktyabrın 25-nə açıqladığı məzənnəyə əsasən Rusiya rublu isə 0,0183 manata kimi bahalaşıb.

Ayşən Azadova

İqtisadiyyat