İran Rusiyadan Fələstinin maraqları ilə bağlı xahiş edib

post-img

İran Rusiyadan BMT Təhlükəsizlik Şurasında (TŞ) Fələstinin maraqlarına zidd olan qətnamə qəbul edilməsinə mane olmasını xahiş edib. Bunu oktyabrın 23-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İran, Rusiya, Ermənistan, Türkiyə və Azərbaycan XİN başçılarının Tehranda keçirilmiş “3+3” formatında görüşündən sonra deyib. Məlumatı “İzvestiya.ru” verib.

“Bu gün BMT-də veto hüququna malik olan ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri olan cənab Sergey Lavrovla bu məsələ ilə bağlı çox ciddi danışıqlar apardıq. Biz bu məsələdə Çinlə də məsləhətləşirik. Bütün səylərimiz BMT-nin Fələstin xalqının mənafeyinə zidd olan qətnamə qəbul etməməsinə yönəlib”, - Abdullahiyan İranın “Fars” xəbər agentliyinə bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya