BMT Qəzzada 29 əməkdaşını itirib

post-img

Qəzza zolağında gedən döyüşlər nəticəsində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) 29 əməkdaşı həlak olub.

Bu barədə məlumat agentliyin saytında yayımlanıb.

“Oktyabrın 7-dən bəri Qəzzada 29 həmkarımızın öldürüldüyü təsdiqlənib”, - deyə məlumatda bildirilir.

UNRWA açıqlamasında işçilərinin vəfatından dərin kədər duyulduğunu və həyatını itirənlərə görə yas saxlanıldığını bildirib.

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.

Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki var.

Anar ƏLİ
XQ

Dünya