Qərb liderləri münaqişənin yayılmamasına çalışırlar

post-img

ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron, Kanada, Böyük Britaniya və İtaliyanın baş nazirləri Castin Trüdo, Rişi Sunak və Giorgia Meloni və Almaniya Kansleri Olaf Şolz Fələstin-İsrail münaqişəsinin yayılmasının qarşısını almaq üçün səyləri əlaqələndirməyə davam edəcəklər. Bu barədə onların birgə bəyanatında qeyd edilir. Bəyanatın mətni Ağ Ev tərəfindən dərc edilib.

XQ “İnterfaks.ru”ya istinadən xəbər verir: “Liderlər münaqişənin yayılmasının qarşısını almaq, Yaxın Şərqdə sabitliyi qorumaq və siyasi həll və davamlı sülhə doğru çalışmaq üçün regiondakı əsas tərəfdaşlar da daxil olmaqla, sıx diplomatik koordinasiyanı davam etdirməklə bağlı razılığa gəlinlər”.

Bundan əlavə, liderlər “mülki şəxslərin müdafiəsi də daxil olmaqla, beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıblar”.

Oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin cənubunda qanlı hücum həyata keçirib. Buna cavab olaraq İsrail HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. Oktyabrın 19-da İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrail qoşunları tezliklə Qəzza zolağına daxil ola bilər.

P.ƏMİRCANOV
XQ

Dünya