İsrail ordusu Qəzza zolağına genişmiqyaslı hücuma keçir.
Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.
“Mən bütün məhdudiyyətləri ləğv etdim, biz İsrail ərazisinə nəzarəti bərpa etdik və genişmiqyaslı hücuma keçirik”, - deyə nazir bildirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2315 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.