Şanlıurfa şəhərində keçirilən əşirət toy mərasiminə (nüfuzlu iki nəsil arasında izdivac) minlərlə insan qatılıb. Toyun aparıcısı məşhur müğənni Alişan olub. Məlumata görə, məclisə gələnlər bəy-gəlinin başına toplaşaraq, çoxlu pul səpiblər.
Toyda maraqlı bir məqam da yaşanıb. Belə ki, qonaqlar gəlin Aslı Özdikerə kilolarla bilərziklər, cümhuriyyət qızılları, qızıl kəmər, boyunbağılar və s. taxıblar. Toyda oynamağa qalxan gəlin üzərindəki qızılların ağırlığından onları daşıya bilmədiyinə görə yerinə oturub.
Leyla HADİ,
tələbə-jurnalist