Makkarti Nümayəndələr Palatasının spikeri postundan azad edilib

post-img

ABŞ Konqresinin Nümayəndələr Palatası respublikaçı Kevin Makkartinin spiker postundan azad edilməsi ilə bağlı qətnaməni bəyənib. Məlumatı “The New York Times”ə istinadən “İnterfaks.ru” verib. 

Təklifin lehinə 216, əleyhinə 210 konqresmen səs verib. Bütün demokratlar Makkartinin əleyhinə olub. Məsələnin səsverməyə çıxarılmasını təklif edən səkkiz respublikaçı konqresmen də onu dəstəkləməyib.

Belə bir vəziyyət Nümayəndələr Palatasında yüz il əvvəl – 17 mart 1910-cu ildə baş verib. O zaman palatanın spikeri, “Co dayı” deyə çağırılan Cozef Kenonla bağlı səsvermə keçirilmişdi. O, bir sıra qanun layihələrinin müzakirəyə çıxarılmasına mane olurmuş. Amma onda Kenon vəzifəsini qoruyub saxlaya bilmişdi. Sadəcə, palatada onun mövqeyi kifayət qədər zəifləmişdi. 

P.ƏMİRCANOV

XQ

 

Dünya