Türkiyədə terrorçuların kimliyi müəyyənləşdirilib

post-img

Türkiyənin Daxili İşlər Nazirliyi oktyabrın 1-də Ankarada terror aktı törədənlərin kimliyinin müəyyən edildiyini bildirib. Məlumatı “Anadolu” yayıb.

Bildirilib ki, iki terrorçu Ankarada polisin baş idarəsinin binası qarşısında terror aktı törətməyə cəhd edib, ancaq polisin vaxtında müdaxiləsi nəticəsində onlar zərərsizləşdirilib. 

DNK analizləri və təhqiqat nəticəsində məlum olub ki, onlar PKK-KSK terror təşkilatının üzvləri “Kanivar Ərdal” ləqəbli Həsən Oğuz və Özkan Şahindir. 

Nazirliyin məlumatına görə, Türkiyə sonuncu terrorçu məhv edilənə qədər onlara qarşı qəti mübarizəsini davam etdirəcək. 

P.ƏMİRCANOV

XQ

 

Dünya