Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefonla danışıb. Məlumatı Türkiyə Prezidentinin Əlaqələr üzrə İdarəsinə istinadən “Anadolu” yayıb.
Məlumata görə, tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər. Eyni zamanda, regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb.
Liderlər bu ilin noyabrında Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurası sammitinin gündəliyinə daxil ediləcək məsələləri də müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ