Türkiyə MİT-in keçirdiyi xüsusi əməliyyat nəticəsində Suriyanın şimalındakı Qamışlı rayonunda PKK terror təşkilatının üzvü Müzdəlif Taşkın zərərsizləşdirilib. Məlumatı “Anadolu” verib.
Terrorçu 2007-ci ildə Türkiyənin Hakkari əyalətindəki Dağlıca rayonunda törədilmiş terror aktının təşkilində iştirak edib. Onun da qatıldığı hücum nəticəsində 12 türk hərbçisi həlak olub, 16-sı yaralanıb.
Taşkının qruplaşması “Suriyada ictimai nizam-intizam üzrə böyük məsul” funksiyasını yerinə yetirib. MİT-in həyata keçirdiyi tədbirlər zamanı məlum olub ki, Taşkın İraqdan Suriyaya gedirmiş. Bundan sonra Qamışlı-Amude yolunda terrorçu dəqiq zərbə ilə məhv edilib.
P.ƏMİRCANOV
XQ