Erməni jurnalist Bella Lalayan Xankəndidəki anbarların ərzaqla dolu olduğunu əks etdirən video dərc edib və ləğv edilmiş xunta liderlərini Qarabağ ermənilərinə qarşı sui-istifadə etməkdə ittiham edib.
O, bu barədə öz Facebook səhifəsində yazıb. Jurnalist xunta rejimininin “rəhbərlərinə” əxlaqsız, canavar, adamyeyənlər deyə müraciət edib. Bildirib ki, Qarabağ ermənilərinə qarşı etdiklərinizə görə əzablı günlərə düşəcək və cəhənnəmdə cavab verəcəksiniz.
Bella Lalayan Xankəndidə benzin çəninin partladılmasının birbaşa xunta rejimi ilə əlaqəli olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, jurnalistin paylaşdığı görüntülərdən də aydın olur ki, Qarabağ bölgəsində vəziyyət Azərbaycan hakimiyyəti tərəfindən hər gün daha da yaxşılaşdırılır. İnsanların təhlükəsizliyi və ərzaq məsələləri olduqca diqqətdə saxlanılır. Bu görüntülər separatçı liderlərin Azərbaycana böhtan atmaq və ləkələmək üçün qəsdən “aclıq” haqqında yalan danışdıqlarını bir daha ifşa edir.
Rizvan FİKRƏTOĞLU
XQ